Qazaxıstanla hüquqi sahədə memorandum imzalandı
Görüşdə ədliyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, iki ölkə arasında müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də müasir tendensiya və təcrübələrin öyrənilməsinin vacibliyi vurğulanıb. Görüş çərçivəsində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Memorandum” imzalanıb.
Memoranduma əsasən tərəflər yerli qanunvericiliklərin beynəlxalq standartlara uyğunlaşdırılması, ədliyyə sahəsində müasir İKT-nın tətbiqi, ədliyyə xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın artırılması, kadr hazırlığı, icra və məhkəmə ekspertizası fəaliyyəti üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, ekspert görüşlərinin və səfərlərin təşkil edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.
AzVision.az
Teqlər: