Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi ilə bağlı təkliflər, təşəbbüslər, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Mədəniyyət naziri vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbulda şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər. Onların müraciətlərinə xüsusi diqqət göstərilib, qaldırdıqları məsələlərə vaxtında baxılması məqsədilə qeydiyyat aparılaraq nəzarətə götürülüb.
AzVision.az