Samir Pənəliyev: "İlk dəfə Laçında deputat seçəcəyimizdən qürurlanırıq"
“Mən 1991-ci ildə Laçının Qovşuq kəndində dünyaya gəlmişəm. Təəssüf olsun ki, doğulduğum torpağı uzun illər görə bilmədim. Vandallar bütün Qarabağı dağıtdılar. İndi isə biz bu əzəli torpaqlarımıza sözün həqiq mənasında həyat bəxş edirik. Şuşada olarkən böyük qürur hissi keçirdim. İndi də oxşar hissləri keçirirəm. Çünki ilk dəfə Laçında, Şuşada, Xankəndidə Milli Məclisə seçkilər keçirəcəyik. İşğaldan sonra qarabağlılar Azərbaycanın dörd bir yanına səpələnərək qaçqın, köçkün həyatı yaşayırdı. Artıq doğma elimizə dönüb deputatımızı seçə bilirik. Bundan gözəl nə ola bilər axı?! Mən də keçmiş məcburi köçkün kimi öz seçki hüququmdan istifadə edəcəyəm. Əminəm ki, bütün gənclər fəal olacaqlar”.
AzVision.az
Teqlər: