Lənkəranda güclü yanğın

Lənkəranda güclü  yanğın
  12 İyul 2014    Oxunub:1166
Lənkəranda 6 otaqlı evdə yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə Lənkəran şəhərinin Şəhidlər xiyabanı, 60 ünvanında, Fəridə Axundovaya məxsus fərdi yaşayış evində baş verib.
Hadisə yerinə cəlb olunan xilasediciləralo vun qonşu tikililərə keçməsinin qarşısı alıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 225 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evin dam örtüyü və 90 kvadratmetrlik ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə tamamilə yanıb.

Faktla bağlı araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti