Bəhram Bağırzadə: “Səsvermədə ailə üzvlərimlə birlikdə iştirak edəcəyəm”

   Bəhram Bağırzadə:    “Səsvermədə ailə üzvlərimlə birlikdə iştirak edəcəyəm”
  27 Avqust 2024    Oxunub:579
“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmiz üçün əlamətdar və önəmlidir. Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq parlament seçkiləri ölkəmizin bütün ərazilərində, suveren hüquqlarımızın bərpa olunduğu torpaqlarda da keçiriləcək. Çox böyük sevinc və qürur hissi yaşayıram”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar artist Bəhram Bağırzadə bildirib.

Bəhram Bağırzadə qeyd edib ki, indiyədək keçirilən bütün seçkilərdə aktiv iştirak edib, budəfəki parlament seçkiləri də istisna olmayacaq: “Mən qanunlara hörmət edən və tabe olan nümunəvi vətəndaşam. Demokratik cəmiyyətinin üzvüyəm. Dövlətimiz və xalqımız üçün önəmli olan gündə mən də hamını həmrəy olaraq seçkilərdə iştiraka səsləyirəm. Özüm də mütləq ailə üzvlərimlə birlikdə səsverməyə gedəcəyəm. Kimə səs verəcəyimi da artıq dəqiqləşdirmişəm”.
AzVision.az



Teqlər:





Xəbər lenti