TQDK 3 illik statistikanı açıqladı

TQDK 3 illik statistikanı açıqladı
  11 İyul 2014    Oxunub:1246
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda son 3 ildə keçirilən buraxılış imtahanlarının yekun statistikasını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, ölkə prezidentinin 19 aprel 2012-ci il tarixli fərmanı ilə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi TQDK-ya həvalə edilib. Həmin vaxtdan indiyədək ötən dövr ərzində TQDK buraxılış imtahanlarında obyektivliyin və şəffaflığın təmin olunması, əvvəlki illərdə bu imtahanlarda baş vermiş neqativ halların təkrarlanmaması üçün kompleks tədbirlər həyata keçirib. İmtahan rəhbərləri və zal nəzarətçilərinin imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, imtahan mərkəzlərinin müəyyənləşdirilməsi və digər istiqamətlərdə geniş miqyaslı işlər görülüb. 2013-cü ilin aprelində TQDK tərəfindən “Şagird-Məzun” sisteminin formalaşdırılması işi başa çatıb. Sistem ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar yaradılıb. Sistemə ümumtəhsil məktəblərinin buraxılış sinfində təhsil alan 9-cu və 11-ci sinif şagirdləri haqqında məlumatlar daxil edilib. Buraxılış sinif şagirdlərinə “Şagird–məzun sistemi”ndə özləri haqda məlumatları internet vasitəsilə yoxlamaq imkanı yaradılıb.

TQDK sədri deyib ki, 2014-cü ildə TQDK tərəfindən 3-cü dəfə respublika üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. 2012-ci ildə buraxılış imtahanları 291 (şəhərdə 241, kənddə 50), 2013-cü ildə 327 (şəhərdə 268, kənddə 59), 2014-cü ildə 300 (şəhərdə 300, kənddə 69) imtahan mərkəzində keçirilib.




Teqlər:





Xəbər lenti