Ermənilər yenə atəşkəsi pozdular

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
AzVision.az