ÜST: “Bəşəriyyət yeni pandemiya təhlükəsi ilə üzləşib"

  ÜST: “Bəşəriyyət    yeni pandemiya təhlükəsi    ilə üzləşib"
  15 Avqust 2024    Oxunub:1558
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “meymun çiçəyi” xəstəliyinin yayılmasını fövqəladə hal kimi qiymətləndirib.
AzVision.az
xəbər verir ki, ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus “Reuters” agentliyinə müsahibəsində “meymun çiçəyi” xəstəliyinin sürətlə yayılması ilə bağlı həyəcan təbili çalıb.

“Bu gün toplaşan Fövqəladə Vəziyyət Komitəsi mənə dedi ki, onlar bunun ictimai səhiyyə sahəsində beynəlxalq miqyaslı narahatlıq doğuran hal olduğunu düşünürlər. Mən bu məsləhəti qəbul etdim”, - Qebreyesus bildidrib.

ÜST-ün rəhbəri 2024-cü ildə qeydə alınan xəstəliyə yoluxma hallarının ötənilki göstəricilərdən iki dəfə çox artaraq, bu rəqəmin14 minə çatdığını deyib.


Daha əvvəl “meymun çiçəyi” xəstəliyinin yayılması səbəbindən Afrikada fövqəladə vəziyyət elan edildiyi bildirilmişdi. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün “Qara qitə”yə 200 min peyvənd gətiriləcək. Son məlumatlara görə, ən çox yoluxma halları Nigeriyada (756) və Konqoda (319) qeydə alınıb. Konqoda bu xəstəlikdən hətta 208 adam dünyasını dəyişib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ÜST   pandemiya  





Xəbər lenti