HƏMAS ABŞ-nin İsrailə atəşkəs ilə bağlı təzyiq göstərə biləcəyinə inanmır

HƏMAS ABŞ-nin İsrailə atəşkəs ilə bağlı təzyiq göstərə biləcəyinə inanmır
  14 Avqust 2024    Oxunub:1255
HƏMAS düşünür ki, ABŞ Qəzza zolağında atəşkəs əldə etmək üçün İsrailə təsir göstərə bilmir və ya etmək istəmir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Usama Həmdan deyib.

Məlumata əsasən, o, İsraili vicdanla danışıqlar aparmamaqda günahlandırdı və hərəkatın ABŞ-nin İsrailə təzyiq göstərə biləcəyinə inanmadığını və ya razılaşmaq istəmədiyini söylədi.

U.Həmdan iddia edib ki, HƏMAS sazişin variantına razılaşdıqdan bir gün sonra İsrail Rəfahda hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, eyni zamanda MKİ-nin direktoru Uilyam Börns vasitəçilərlə HƏMAS-ı İsrailin razılaşma ilə razılaşdığına əmin etdi.

O, həmçinin vurğulayıb ki, HƏMAS danışıqlarda bəzi yeni şərtləri deyil, yalnız ABŞ prezidenti Co Baydenin may ayında elan etdiyi layihəni müzakirə etdikdə iştirak edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti