İranın vitse-prezidenti niyə istefa verib? - Açıqlama

   İranın vitse-prezidenti niyə istefa verib? -    Açıqlama
  14 Avqust 2024    Oxunub:1116
"İran Prezidentinin strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsində cəmi 10 gün qalan Cavad Zərifin istefasının səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Bununla bağlı AzVision.az -a danışan politoloq Samir Hümbətov Cavad Zərifin istefasının iki önəmli səbəbi olduğu qənaətindədir.

Onun fikrincə, Məsud Pezeşkiyanın komandasındakı yeni simalar vitse-prezidentə təzyiq göstərərək ondan öz ərizəsi ilə istefa verməyini tələb ediblər...

"...Bu birinci səbəbdir. İkincisi, mühafizəkarların daxilində mövcud anlaşılmazlıqlar onu istefa verməyə məcbur edib"-, politoloq deyib.

Bununla yanaşı, Samir Hümbətov düşünür ki, Cavad Zərifə İran İnqilab keşikçiləri Ordusunun da (SEPAH) basqısı ola bilər:

"İranda daxili qarşıdurmalar artacaq" - Politoloq
"SEPAH İranda ciddi təsir mexanizmləri olan bir təşkilatdır. Cavad Zəriflə SEPAH rəhbərləri arasında fikir ayrılıqları barədə məlumatlar hələ əvvəldən mediaya sızdırılmışdı. Bəlkə də aralarında olan problem daha da dərinləşib.

Məsud Pezeşkiyanla Cavad Zərif arasında dostluq münasibətləri var. Hətta prezidentliyə namizədliyi prosesində Cavad Zərif ona dəstək verib. Hər ikisi də islahatçı qanadın nümayəndəsidir. Amma Cavad Zərif fars, Pezeşkiyan türk əsillidir. Ola bilər ki, Cavad Zərifə xarici siyasət sahəsində yeni vəzifə verilsin".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   İran   CavadZərif   vitse-prezident   istefa  





Xəbər lenti