Türkiyə kəşfiyyatı kibercasusluq şəbəkəsini sıradan çıxarıb

Türkiyə kəşfiyyatı kibercasusluq şəbəkəsini sıradan çıxarıb
  13 Avqust 2024    Oxunub:1014
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və jandarm qüvvələrinin Milli Kiber Hadisələrlə Mübarizə Mərkəzi (USOM) ilə birgə əməliyyatı nəticəsində kibercasus şəbəkəsini məhv edilib. Əməliyyat zamanı 11 nəfərin saxlanıldığı bildirilir.
AzVision.az xəbər verir ki, MİT-in əldə etdiyi kəşfiyyat məlumatlarına görə, xaricdə əlaqələri olan şəbəkənin müxtəlif ölkələrdən oğurlanmış şəxsi məlumatları terrorçulara satdığı ortaya çıxıb. Şəbəkə uzun müddət izlənilib, nəticədə məlum olub ki, casuslar terrorçu qruplar üçün vacib məlumatların ticarətin ilə məşğul olublar.

Əməliyyat zamanı kibercasusluq şəbəkəsinin üzvləri həbs edilib, qeyri-qanuni fəaliyyət üçün istifadə edilən bir çox internet saytları da bloklanıb. Ciddi məxfilik şəraitində aparılan cinayət işi üzrə istintaq davam edir. Hazırda daxil olan məlumatların təhlili davam etdirilir.

MİT-in açıqlamasında belə cinayətlərlə mübarizənin davam etdiriləcəyi qeyd edilir.

“MİT şəxsi məlumatları qorumaq üçün kiber casusluq əleyhinə əməliyyatlarını genişləndirməyə davam edəcək. Casus şəbəkəsinə qarşı əməliyyatlar təkcə Türkiyə ərazisi ilə məhdudlaşmayacaq. Milli Kəşfiyyat Təşkilatı milli təhlükəsizliyimizə təhdidlərə dözməyəcək. İstənilən düşmənçilik fəaliyyətinin qarşısının alınması üçün tədbirlər tam qətiyyətlə davam etdiriləcək”, - təşkilat bəyan edib.

AzVision.az




Teqlər:





Xəbər lenti