Kiyevə Britaniya silahlarından Rusiyaya zərbələr endirməyə icazə verilməyib
“Böyük Britaniyanın mövqeyi dəyişməyib. Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək üçün hərbi yardım göstəririk. Böyük Britaniyanın verdiyi texnikanın Ukraynanın müdafiəsi üçün nəzərdə tutulduğunu açıq şəkildə bildirdik”, - britaniyalı məmur qəzetə açqılama verib.
“The Telegraph” onu da vurğulayıb ki, “Storm Shadow” raketlərindən istifadə qərarı təkcə Britaniya hökumətindən yox, həm də Fransadan asılıdır, çünki bu silah iki ölkənin birgə istehsalıdır.
Kiyev həmçinin ABŞ-dən Kursk vilayətinə hücum zamanı “ATACMS” raketlərindən istifadə etməyə icazə istəyib. Lakin nəşrin iddiasına görə, Vaşinqton indiyədək də Ukrayna hakimiyyətinini bu xahişin rədd edir.
Bu arada, Moldovanın Xarici İşlər nazirliyinin mətbuat xidmətinin telegram-kanalında Kişinyovun ölkə ərazisində Ukrayna üçün F-16 qırıcılarını yerləşdirməyəcəyi barədə məlumat yayımlanıb.
“Moldova Ukrayna üçün nəzərdə tutulan silah və hərbi texnikanı, o cümlədən təyyarələri qəbul etmir və qəbul etməyəcək. Ölkə neytral dövlət olaraq qalır və onun institutları neytrallıq prinsipinə hörmətlə yanaşacaq”, - Moldovanın Xarici İşlər nazirliyinin bəyanatında vurğulanır.
Bundan əvəvl Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Moldova ərazisində Ukrayna üçün hərbi təyyarələrin yerləşdirilməsi xəbərinə görə Rusiyanın Xarici İşlər nazirliyinə çağırılıb. Lakin Kişinyov bu xəbərin doğru olmadığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Britaniya Ukrayna Rusiya Moldova