"Məlumdur ki, bu gün Rusiya öz maraqlarını, öz xalqını əlində silahla qorumaqdadır, ancaq Yaxın Şərqdə, Fələstində baş verənlər, əlbəttə ki, nəzərimizdən qaçmır", - Putin vurğulayıb.
Rusiya lideri regiondakı vəziyyətdən narahatlığını dilə gətirərək, Moskvanın Fələstinə "həmişə dəstək göstərəcəyini" söyləyib.
"Tamhüquqlu Fələstin dövlətinin yaradılmasına sadiqik. Bu, regionda uzunmüddətli sülh üçün zəruridir", - o deyib.
Firudin Həmidli
AzVision.az