Tramp ABŞ-nin hakimiyyət cütlüyünü alçaldıb

  Tramp ABŞ-nin    hakimiyyət cütlüyünü    alçaldıb
  13 Avqust 2024    Oxunub:1369
ABŞ-nin indiki vitse-prezidenti Kamala Haris öz şefi prezident Co Baydendən də bacarıqsızdır.

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “SpaseX” şirkətinin yaradıcısı, milyarder İlon Maska verdiyi müsahibəsində özünün rəqibi, Demokratlar Partiyasının namizədi, ABŞ-nin indiki vitse-prezidenti Kamala Harisi belə səciyyələndirib.

“Onların hələ nə isə etmək üçün beş ayları var, amma əminəm ki, heç nə edə bilməyəcəklər. Bayden də, Haris də bacarıqsızdır. Düzünü desəm, Haris Baydendən daha bacarıqsızdır, bu da göstərir ki, ondan yaxşı prezident olmayacaq”, - Tramp iddia edib.

Trampa qarşı sui-qəsd törədilib
İyul ayında Pensilvaniyada keçirilən mitinq zamanı həyatına sui-qəsdlə bağlı vəziyyəti də dəyərləndirən Trampın fikrincə, ABŞ-nin Məxfi Xidməti “peşəkarcasına" işləyib, lakin bütövlükdə bu vəziyyət onda “sürrealist (həqiqətdən yüksək, paradoksal) təəssürat” yaradıb.

“Nəsə sürreal bir hal oldu, əvvəllər heç yaşamadığım bir hadisə baş verdi. Dərhal başa düşdüm ki, bu, güllədir və zərbə çox güclüdür. Bilirsiniz, mən inanclı adamam, amma o hadisələrdən sonra inancım daha da artdı ", - Ağ Evin sabiq rəhbəri təəssüratını bölüşüb.

Ukrayna münaqişəsinə münasibət bildirən Donald Tramp Rusiya prezidenti Vladimir "Putini danışığa gələn şəxs" kimi qiymətləndiərək, Ukraynadakı müharibənin ABŞ-nin indiki lideri Co Baydenin “səfehliyi” ucbatından başladığını söyləyib.

Onun demokrat varisi də Putinlə danışıqlar aparmaq əvəzinə, məsələn, Ukraynanın artıq NATO-ya üzv ola biləcəyi barədə bəyanat verməklə “boş-boş danışmağa” başlayıb.

Tramp yenidən seçiləcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə yenidən “anlaşacağını” gözlədiyini və hadisələrin belə məcrada inkişafının son dərəcə müsbət nəticə verəcəyini vurğulayıb.

Eks-prezident bildirib ki, əvvəlki danışıqlarının birində Putinə Ukraynaya qarşı hər hansı potensial hücumla bağlı xəbərdarlıq edib.

“Mən Vladimir Putinə “Vladimir, bunu etmə” dedim. Bu, bizim son söhbətimiz idi. O, heç vaxt bunu etməzdi və biz anlaşdıq. Ümid edirəm ki, onunla yenidən dil tapacağıq. Bu, yaxşı olardı”, - ABŞ prezidedntliyinə yüksək şansını qoruyub-saxlayan respublikaçı namizəd deyib.


Ağ Evin keçmiş rəhbəri hazırda Ukrayna Silahlı Qüvvələrinin insan resursları ilə bağlı fəlakətli vəziyyətdə olduğuna diqqət çəkərək, bu qədər əsgər çatışmazlığı fonunda Kiyevin hərbi əməliyyatları davam etdirə bilməyəcəyini vurğulayıb.

Eyni zamanda, ABŞ-nin sabiq prezidenti SSRİ-nin faşist Almaniyası və Rusiyanın Napoleon üzərində qələbəsini xatırladaraq, Rusiya ordusunun gücünü etiraf edib.

Maraqlıdır ki, Donald Tramp ABŞ-la rəqabət aparan ölkələrin liderlərini, o cümlədən Rusiya prezidenti Vladimir Putini və Çinin sədri Si Cinpini “öz sahəsində yaxşıların yaxşıları” hesab edir.


Yeri gəlmişkən ABŞ-nin indiki prezidenti Co Bayden “qlobal istiləşmə”ni bəşəriyyət üçün ən böyük təhlükə saydığı halda, Ağ Evin keçmiş rəhbəri ən böyük təhdidin “nüvə istiləşməsi”nin olduğunu iddia edir. Özü də o, nüvə arsenalının həcmi baxımından Çinin nəinki ABŞ-yə çatacağını, hətta onu ötüb keçəcəyini də istisna etməyib.

- Rusiya və ABŞ birinci yerdədir, Çin isə çox geridədir, lakin təəccüblü deyil ki, onlar çox sürətlə inkişaf edirlər. Hər şey Çinin bizə çatması və bəlkə də üstələməsi ilə bitəcək”, - Tramp narahatlığını gzilətməyib.

Onun sözlərinə görə, Üçüncü Dünya müharibəsi başlasa, şübhəsiz ki, bu özündə nüvə silahından istifadəni də ehtiva edəcək. Hadisələrin belə inkişafı isə “dünyanın heç vaxt görmədiyi dağıntılara” səbəb olacaq.

ABŞ-nin sabiq prezidenti Donald Tramp hətta Şimali Koreyanın lideri Kim Çen Inın da Ağ Evin hazırkı rəhbəri Co Baydeni sevmədiyini və onu səfeh insan saydığını bildirib.

“Mən Kim Çen Inla anlaşırdım... Yeri gəlmişkən, o, Şimali Koreyada əsl bossdur. Bilirsiniz, çoxları soruşurdular: “Siz həqiqətən belə düşünürsünüz?”. İcazə verin sizə deyim: mən sizin bilmək istəmədiyiniz şeyləri görmüşəm”. Onun Baydendən xoşu gəlmir. Kim Çen In Baydeni səfeh adam sayır. Bunu özü də deyir. İstənilən halda, ən azı nə düşündüyünü deyir”, - Tramp bu məsələyə aydınlıq gətirib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Harris   Bayden  





Xəbər lenti