İsrail mediası: "İranın istənilən hücumuna cavab veriləcək"

      İsrail mediası:    "İranın istənilən hücumuna cavab veriləcək"
  13 Avqust 2024    Oxunub:905
"İranın mümkün genişmiqyaslı hücumu nəticəsində İsrail tərəfi itki verməsə belə, mütləq öz cavab əməliyyatını həyata keçirəcək".
İsrailin Ordu Radiosunun məlumatına əsasən, son günlər ABŞ və bir Avropa ölkəsinə bu barədə mesajlar göndərilir. İsrail hökuməti belə bir iddianı hələlik təsdiqləməyib.
Üç ölkə İrana xəbərdarlıq ünvanlayıb

Digər tərəfdən, Britaniya, Almaniya və Fransanın İrana gözlənilən hücumu ilə bağlı xəbərdarlığına Tehrandan cavab gəlib. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani vurğulayıb ki, "İran öz təhlükəsizliyinin müdafiəsi üçün heç kimdən icazə almır".

"Bu cür müraciətlər siyasi məntiqdən uzaqdır, üstəlik, beynəlxalq hüququn prinsip və qaydalarına tamamilə ziddir. Əgər adıçəkilən ölkələr, həqiqətən də, regionda sülh və sabitlik axtarırlarsa, İsrailə təzyiq göstərməli, Qəzzadakı dəhşətli qətlləri pisləməlidir", - Kənani deyib.

Beləliklə, hər iki ölkənin öz mövqeyini yumşaltmaması ABŞ-nin narahatlığını daha da artırıb. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbinin sözlərinə görə, "İran bu həftə ərzində İsrailə qarşı hücuma başlaya bilər".

Yaxın Şərqdə mümkün İran-İsrail müharibəsinə ABŞ-nin müdaxiləsi də qaçılmazdır. Nəzərə alsaq, Vaşiqnton artıq regiona müəyyən sayda qoşun göndərib, deməli. tərəflərin bu, ya digər həmləsi şəraitində o da hərəkətə keçəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə  





Xəbər lenti