Berlin silahlarla bağlı Kiyevə məhdudiyyət qoymur

   Berlin silahlarla bağlı Kiyevə məhdudiyyət qoymur
  13 Avqust 2024    Oxunub:1314
Almaniyanın təhvil verdiyi silahlar avtomatik olaraq Kiyevin mülkiyyətinə çevrilir və Ukrayna qoşunlarının lazımi və düzgün saydığı qaydada istifadə edilə bilər.
AzVision.az xəbər verir ki, Almaniyanın Müdafiə nazirliyinin sözçüsü Arno Kollats keçirdiyi brifinqdə Kursk vilayəti ərazisindəki hadisələrin qanuniliyi ilə bağlı Almaniyanın Müdafiə nazirliyi qarşısında sualın durmadığını bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq təcavüzkar ölkənin ərazisində hərbi əməliyyatlar keçirməklə öz dövlətini qorumaq imkanını nəzərdə tutur. Nəticə etibarı ilə bu, Almaniyanın təqdim etdiyi silahların istifadəsi üçün hər hansı xüsusi şərtləri nəzərdə tutmur.

“Almaniyadan gələn silahlar Ukraynanın sərəncamına verildikdən sonra onlar artıq Ukraynaya məxsusdur. Heç bir maneə yoxdur, ona görə də Ukrayna seçimlərində sərbəstdir”, - Kollats vurğulayıb.

Bununla belə, o, qeyd edib ki, Ukrayna beynəlxalq hüquqa əməl etməyə borcludur. Uzaq mənzilli silahlardan istifadə edilməsini isə başqa bir siyasi məsələ kimi qiymətləndirən Kollats, indiki məqamda bundan söhbət getmədiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   Ukrayna   silahlar  





Xəbər lenti