Fransa Beyruta uçuşları yenidən təxirə salıb

   Fransa Beyruta uçuşları yenidən təxirə salıb
  12 Avqust 2024    Oxunub:892
Fransanın dövlət hava yolları şirkəti "Air France" və onun törəməsi "Transavia France" regiondakı vəziyyətlə əlaqədar Livanın paytaxtı Beyruta uçuşların dayandırılmasını çərşənbə gününədək uzadıb.
Şirkətin bəyanatına əsasən, "vəziyyət yenidən qiymətləndiriləndə uçuşların bərpası nəzərdə tutulur".

Xatırladaq ki, Fransadan Livana uçuşlar iyulun 29-dan etibarən uçuşlar “Livanda təhlükəsizlik vəziyyəti” səbəbindən dayandırılıb.
Almaniya öz vətəndaşlarını Livandan çıxmağa çağırıb

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar artıq 10-dan çox aviaşirkət İsraillə yanaşı digər ölkələrə, o cümlədən Livana uçuşları dondurur. Ötən günlərdə Almaniyanın "Lufthansa" dövlət hava yolları şirkəti avqustun 13-dək "İran və İraqın hava məkanına girməyəcəyini, habelə Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların dayandırıldığını" açıqlayıb. Almaniya hökuməti isə, öz növbəsində, Livandakı vətəndaşlarını dərhal oradan çıxmağa çağırıb. Hindistanın dövlət hava yolları şirkəti "Air India" da İsrailə uçuşları oktyabrın sonunadək təxirə salıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Fransa   uçuş  





Xəbər lenti