Kiyev Rusiyanın sərt cavab verəcəyini gözləyir

   Kiyev Rusiyanın    sərt cavab    verəcəyini gözləyir
  12 Avqust 2024    Oxunub:1131
Ukraynalılar Rusiyanın Kursk bölgəsinə hücumlara cavab olaraq Moskvanın “möhtəşəm bir şey” edə biləcəyini düşünürlər. Xarici İşlər Nazirliyi bildirib ki, gözlənilən cavab sərt olacaq.
Ukraynanın Müdafiə Nazirliyində yüksək vəzifəli mənbəyə istinad edən “The Times” qəzeti yazır ki, Ukrayna rəsmiləri Kursk bölgəsində hərbi hücumlara görə Rusiyanın sərt cavabına hazırlaşır. Onların fikrincə, Moskva Kiyevdəki mühüm hədəflərə, o cümlədən parlament və digər hökumət binalarına zərbələr endirməyə edə bilər.

“Rusiyanın Kiyevə cavabı Ukraynanın hava hücumundan müdafiəsi (HHM) üçün böyük problem ola bilər”, - qəzetin həmsöhbəti deyib.

Digər bir Ukrayna rəsmisi isə “AFP” nəşrinə bildirib ki, Kiyev Rusiyanın Ukraynadakı “qərargahlar" da daxil olmaqla genişmiqyaslı raket hücumuna hazırlaşır.

Daha əvvəl Kursk bölgəsinə hücumu Ukrayna Prezidenti Volodimir Zelenskinin ən riskli qərarı adlandıran “The Times” nəşri, bunun həm Moskvanı, həm də Kiyevin Qərbdəki müttəfiqlərini təəccübləndirdiyini yazıb.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer, ABŞ administrasiyasının Ukraynanın Kursk bölgəsindəki planlarından əvvəlcədən xəbərdar olmadığını bildirsə də, Vaşinqtonun “özünü Rusiyanın təcavüzündən müdafiə edən Ukraynanı dəstəklədiyini” vurğulayıb. ABŞ-nin Dövlət Departamenti, öz növbəsində, bildirib ki, hərbi əməliyyatlarına və məqsədlərinə Kiyev özü qərar verir.

Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak isə Rusiyanın Kursk vilayətinə hücumun məqsədini danışıqlarda Kiyevin öz mövqelərini möhkəmləndirmək siyasəti ilə əlaqələndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   Kursk  





Xəbər lenti