Blinken Qalantla Qəzzanı müzakirə edib

 Blinken Qalantla Qəzzanı müzakirə edib
  10 Avqust 2024    Oxunub:850
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalant ilə telefon danışığı aparıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, tərəflər regionda gərginliyi azaltmaq üçün atılan addımları müzakirə ediblər.

Dövlət katibi ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və qeyd edib ki, eskalasiya heç bir tərəfin maraqlarına uyğun deyil.

Nazir geniş regional sabitliyə şərait yaradacaq atəşkəsə nail olunmasının təcili zəruriliyini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti