Zelenski İtaliya Konstitusiyasını pozub

   Zelenski    İtaliya Konstitusiyasını    pozub
  10 Avqust 2024    Oxunub:821
İtaliya silahları ilə Rusiya ərazisinə hücum etməklə Ukrayna prezidenti Volodimir Zelenski İtaliya Konstitusiyasını pozub.
İtaliyanın “il Fatto Quotidiano qəzeti İtaliya parlamentinin razılığı olmadan Rusiyanın Kursk vilayətinə müdaxilə zamanı İtaliya silahlarından istifadə etdiyini yazıb. Bu isə, faktiki olaraq İtaliyanı Rusiya ilə münaqişəyə çəkir.

“Ukrayna liderinə silah verməklə İtaliya şərikə çevrilir”, - qəzet ekspertlərdən sitat gətirir.

Onların fikrincə, Zelenski tələsik qərarları ilə qırmızı xətti keçib, nəticədə İtaliyanı maksimum təhlükəli vəziyyətə salıb, habelə bütün dünya üçün təhlükə yaradıb.

Bundan əvvəl BMT Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu zamanı mülki şəxslərin müdafiəsinə çağırıb.

Xatırladaq ki, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələri Kursk vilayətinin Sudjansk rayonuna hücum edərək Rusiyanın dövlət sərhədini keçib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   İtaliya  





Xəbər lenti