Niyə Tokio ABŞ-nin üzr istəməsini tələb etmir

   Niyə Tokio ABŞ-nin üzr istəməsini tələb etmir
  09 Avqust 2024    Oxunub:980
Yaponiya ABŞ-ni tənqid etmir və bir sıra səbəblərə görə Xirosima və Naqasakiyə atılan atom bombalarına görə rəsmi Vaşinqtondan üzr istəməsi tələbini qoymur. Həmin səbələrdən biri də bu gün ABŞ-nin Yaponiya üzərindəki “nüvə çətiri”dir.
AzVision.az xəbər verir ki, Ritsumeykan universitetinin professoru Masato Kamikubo Rusiya mediasına müsahibəsində belə deyib.

“Nüvə silahı ilə bombardma görə üzr istəmək tələblərinin olmamasının səbəblərindən biri İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Yaponiyanın təhlükəsizlik məsələlərini Vaşinqtonun yurisdiksiyasına verərək, ABŞ-yə tabe olmasıdır. Bundan əlavə, Yaponiya ABŞ-nin nüvə çətiri altındadır. Ona görə də,Yaponiya ABŞ-ni atom bombalarına görə açıq şəkildə tənqid edə bilməz”, - professor vurğulayıb.

Eyni zamanda, Masato Kamikubo qeyd edib ki, Yaponiyada Tokionun müharibəyə girməklə böyük səhvə yol verdiyi və bununla da Xirosima və Naqasakidə faciənin yaşanmasına imkan yaratdığı barədə güclü inam kök salıb.

Bundan əvvəl Naqasakidə keçirilən anım mərasimində çıxış edən Yaponiyanın baş naziri Fumio Kişidanın ABŞ-nin adını çəkmədiyi bildirilib.

Xatırladaq ki, İkinci Dünya müharibəsinin sonlarına yaxın, 1945-ci il avqust ayının 6-sı və 9-da ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıb. İki partlayış nəticəsində dərhal 1945-ci ilin sonuna qədər 80 min insan öldü. Xərçəng və şüa xəstəliyi də daxil olmaqla, 1945-ci ilin sonuna qədər Xirosimada ölənlərin sayı 90-166 min nəfər, Naqasakidə isə 60-80 min nəfərə qədərə çatdı.

Yeri gəlmişkən, bu bəşər tarixində insanlara qarşı nüvə silahından istifadə olunmasının yeganə nümunəsidir və ABŞ bununla bağlı üzr istəməyəcəyini dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Belə ki, Vaşinqton bu cinayətin hərbi zərurətdən – imerialist Yaponiyasının İkinci Dünya müharibəsində məğlub edilməsi tələbindən irəli gəldiyini iddia edir. Maraqlıdır ki, indi bu faciədə ilk növbədə Tokionun özünün günahkar olması barədə Yaponiyada fikr formalaşdığını professor Masato Kamikubonun açıqlaması da sübuta yetirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Yaponiya  





Xəbər lenti