Papa Yaxın Şərqdəki vəziyyətdən narahatdır

Papa Yaxın Şərqdəki vəziyyətdən narahatdır
  07 Avqust 2024    Oxunub:1110
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, pontifik İsraillə HƏMAS arasında artan gərginlik fonunda Qəzzəda humanitar vəziyyətin davamlığının təmin olunması, münaqişənin genişlənməməsinin və silahların susdurulması ilə bağlı çağırış edib.

“Qoy sevgi nifrətə qalib gəlsin və düşmənçiliklər bağışlanmaqla tərksilah olunsun”, - deyə Papa Fransisk bildirib.

Roma Papası Ukrayna, Myanma, Sudan, Pakistan və Əfqanıstan kimi münaqişə bölgələri ilə bağlı da narahatlığını ifadə edib, insanları müharibədən əzab çəkən xalqlar üçün dua etməyə səsləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti