Türkiyə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə verib

Türkiyə İsraili Beynəlxalq Ədalət Məhkəməsinə verib
  07 Avqust 2024    Oxunub:683
Türkiyə İsrail ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müaciət edib.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” hesabında yazıb.

O bildirib ki, ölkəsi Cənubi Afrika Respublikasının İsrailin Yaxın Şərq regionunda soyqırımı törətməsi ilə bağlı iddia ərizəsində tərəf kimi çıxış edəcək.

“Törətdiyi cinayətlərin cəzasız qalmasından cəsarətlənən İsrail gün keçdikcə daha da çox günahsız fələstinlini qətlə yetirir. Soyqırımımı dayandırmaq üçün beynəlxaql ictimaiyyət öhdəliyini icra etməli, İsrail və onun tərəfdarlarına lazımi səviyyədə təzyiq etməlidir. Türkiyə bu yolda əlindən gələn hər cür addımı atacaq”-deyə Hakan Fidan bildirib.

AzVision.az

AzVision.az




Teqlər:





Xəbər lenti