Rusiya MN: "Ukrayna ordusunun Kursk vilayətinə hücumu dayandırılıb"

   Rusiya MN:    "Ukrayna ordusunun Kursk vilayətinə hücumu dayandırılıb"
  07 Avqust 2024    Oxunub:911
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləməsi dayandırılıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinin Kursk vilayətində vəziyyətlə bağlı güc strukturlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.

Qoşunların operativ idarə olunması məntəqələrindən birindən müşavirəyə onlayn qoşulan Gerasimov Putinə məruzə edib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saat 5:30-da 1000 nəfərədək hərbçidən ibarət qrupla Sudjen rayonunun bir hissəsini ələ keçirmək üçün hücuma keçib.

"Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçilərinin itkiləri 315 nəfər təşkil edib (ən azı 100 nəfər ölüb, 215 nəfər yaralanıb). 54 zirehli texnika, o cümlədən 7 tank məhv edilib. Əməliyyat düşməni məğlub etməklə və dövlət sərhədinə çatmaqla başa çatacaq”, - Gerasimov deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti