İran və Fransa prezidentləri arasında telefon danışığı olub

İran və Fransa prezidentləri arasında telefon danışığı olub
  07 Avqust 2024    Oxunub:686
Telefon söhbətində İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran regionda və dünyada sülh, stabillik və təhlükəsizliyin yaradılması, gərginlik, destabillik və müharibənin qarşısının alınmasına çalışır.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Prezident Aparatı məlumat yayıb.

Pezeşkian əlavə edib ki, İran beynəlxalq sülh və təhlükəsizliyin bərpa olunması və müharibədən çəkinməyi özünün əsas prinsiplərindən biri hesab edir. Lakin beynəlxalq norma və qaydalar çərçivəsində öz mənafeyi və təhlükəsizliyinə təcavüz qarşısında əsla səssiz qalmayacaq.

Telefon söhbətində Fransa prezidenti Emmanuel Makron da Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra regionda vəziyyətin gərginləşməsindən nigaran olduğunu bildirib və İranı təmkinli olmağa çağırıb.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib. İran Haniyənin ölümündə İsraili ittiham edir.

AzVision.az



Teqlər:





Xəbər lenti