Türkiyə Silahlı Qüvvələri Suriyada 4 terrorçunu məhv edib - Video

   Türkiyə Silahlı Qüvvələri Suriyada 4 terrorçunu məhv edib -  Video
  07 Avqust 2024    Oxunub:777
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Zeytun budağı" və "Barış Pınarı" bölgələrində 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Suriya'nın Afrin bölgəsində fəaliyyət göstərən Kürd Xalq Müdafiə Birlikləri (YPG) və Demokratik Birlik Partiyasını (PYD) zərərsizləşdirmək, Türkiyənin sərhədlərini qorumaq və bölgədə sabitliyi təmin etmək üçün " Zeytun budağı" əməliyyatı 20 yanvar 2018-ci ildə başlayıb. Türkiyə hökuməti bu əməliyyatı terrora qarşı mübarizə çərçivəsində əsaslandırmış və bölgədəki terror təhdidini aradan qaldırmağı hədəfləmişdir.

Suriya'nın şimal-şərqində, Fərat çayının şərqində yerləşən Kürd YPG qüvvələrini zərərsizləşdirmək, Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək və bölgədə bir təhlükəsizlik dəhlizi yaradaraq Suriyalı qaçqınların geri dönməsini təmin etmək üçün isə 9 oktyabr 2019-cu ildə "Barış pınarı" əməliyyatı başlayıb.



Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti