Kamala Harris prezidentliyə rəsmi namizəd oldu
“CBS” teleşirkəti qeyd edir ki, səsvermə avqustun 5-də başa çatdıqdan sonra Kamala Harris prezident seçkilərində namizəd kimi irəli sürülməsi təklifini qəbul edəcəyini açıqlayıb. Teleşirkət, öz növbəsində, səsvermənin nəticələrinin avqustun 19-22-də Demokratlar partiyasının Çikaqoda keçiriləcək Milli qurultayının katibi tərəfindən rəsmən təsdiqlənməsi şərtinə diqqət çəkib. Lakin onlayn səsvermənin nəticəsinə əsasən, Kamala Harris faktiki demokratların namizədi olub.
Harris ölkənin ən yüksək vəzifəsinə namizəd kimi irəli sürülmək üçün Demokratlar partiyasının Milli qurultayında iştirak edəcək 1976 nümayəndənin zəruri olan səsini alıb. Qeyd edək ki, Harrisin namizədliyi üzrə distansion səsvermə avqustun 1-də başlayıb.
Sahil İsgəndərov
AzVision.az