Uels hökumətinin ilk qadın başçısı seçilib

Uels hökumətinin ilk qadın başçısı seçilib
  06 Avqust 2024    Oxunub:1025
Baronessa Eluned Morqan Uels Parlamentinin birinci naziri seçilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İyulun 24-də Uelsin Leyborist Partiyasının yeni lideri seçilən Morqanın lehinə 28 deputat səs verib.

Qeyd edək ki, 57 yaşlı Eluned Morqan Uels hökumətində bu vəzifəni tutan ilk qadındır. O, bundan əvvəl 15 il ərzində Uelsi Avropa Parlamentində təmsil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti