Papuaşvili: “Avropa Ukraynaya muzdlular göndərməyi tələb edirdi”

   Papuaşvili: “Avropa Ukraynaya    muzdlular göndərməyi    tələb edirdi”
  06 Avqust 2024    Oxunub:981
Avropalılar Tbilisidən tələb edirdilər ki, Ukraynaya muzdlu əsgərlər göndərsin.
AzVision.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili belə bəyanatla çıxış edib.

“Avropalılar Gürcüstandan Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqini və Ukraynaya muzdluların göndərilməsinin təşkilini tələb edirdilər”, - Şalva Papuaşvili bildirib.

Papuaşvili, habelə Gürcüstan prezidenti Salome Zurabişvilinin onunla bnir ittifaqda olan “Vahid Milli Hərəkat” partiyasının lideri, sabiq prezident Mixeil Saakaşvilini əfv etməyi planlaşdırdığını da iddia edib.

Yeri gəlmişkən, bundan əvvəl Zurabişvili təqsirli bilinən keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfvi tələbi ilə ona Avropa Parlamenti tərəfindən təzyiqlər olduğunu açqılayıb.
Avropa Parlamenti dəfələrlə Gürcüstan prezidentdən Saakaşvilinin əfv olunmasına çağıran qətnamələr qəbul edib. Belə çağırışlı sonuncu qətnamə bu ilin mart ayının əvvəlində qəbul edilib. Zurabişviliyə avropalı deputatlardan da fərdi sorğular daxil olsa da, Gürcüstan prezident bir neçə dəfə öz keçmiş həmkarını əfv etməyəcəyini söyləyib.

Papuaşvilinin son bəyanatları fonunda isə hökumətin siyasətinə müxalif mövqe tutan Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivlərinin birmənalı şəkildə oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olduğunu deyib. Onun sözlərinə görə, hazırda Gürcüstanın Aİ-yə inteqrasiyası perspektivləri dayandırılıb.

“Bu (Aİ-yə üzvlük) günümüzün və bütün cəmiyyətimizin vəzifəsidir. Bu, tamamilə seçkilərdən asılıdır. Hamı bizi gözləyir. Hər şey dayandırılıb, lakin tam dayandırılmayıb, dondurulmayıb və ya əbədi olaraq nəzərdən keçirilmir. Bu, seçkilər öncəsi bir dayandırmadır ki, hamı Gürcüstan xalqının iradəsinin nədən ibarət olduğunu görsün. Gürcüstan Avropaya inteqrasiya yoluna qayıtmağa layiqdir. Biz Avropa ölkəsiyik. Biz bu nöqtəyə qədər uzun bir yol qət etmişik ki, bu da bizə yolumuza sürətlə qayıtmağı tələb etmək hüququ verir. Bu bizim seçicilərimizdən asılıdır”, - Zurabişvili bəyan edib.

Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL
Məlum olduğu kimi, Gürcüstanla Qərb arasında münasibətlər son aylarda kəskin şəkildə pisləşib ki, bu da, ilk növbədə Gürcüstan hökumətinin qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi ilə bağlıdır. İyunun sonunda keçirilən sammitdə Aİ liderləri Gürcüstanın avrointeqrasiya prosesinin de-fakto dayandırıldığını bəyan ediblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Gürcüstan   muzdlular  





Xəbər lenti