Pentaqon Putinə qarşı sui-qəsdə imkan verməyib?

   Pentaqon Putinə qarşı    sui-qəsdə imkan verməyib?
  06 Avqust 2024    Oxunub:1123
Rusiyanın Müdafiə nazirliyi Pentaqonun rəhbəri Lloyd Ostindən iyulun 28-də Rusiyada Hərbi Dəniz Qüvvələri günündə Ukraynanı əməliyyat keçirməməyə inandırmağı xahiş edib.
Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “Rossiya-1” telekanalının efirində Ukraynanın xüsusi xidmət orqanlarının Rusiyanın Hərbi Dəniz Qüvvələri günü Sankt-Peterburqda keçirilən paradda prezident Vladimir Putinə və Müdafiə naziri Andrey Belousova qarşı hücum planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, paraddan bir neçə gün əvvəl Belousov amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb və onu Kiyevi öz niyyətlərindən əl çəkməyə inandırmağa çağırıb. Ryabkov qeyd edib ki, Ostin bu məlumatdan çox təəccüblənsə də, bunu ciddi qəbul edib.

“Beləliklə, Moskva və Vaşinqton eskalasiya spiralından yayındılar”, - Ryabkov deyib.

Qeyd edək ki, Rusiya və ABŞ Müdafiə nazirlərinin telefon danışığı iyulun 12-də baş tutub. Sonradan bəzi mənbələrə istinad edən “The New York Times” qəzeti Belousovun Pentaqonun rəhbəri Ostinə Ukraynanın gizli əməliyyatı ilə bağlı zəng etdiyini yazmışdı.

Sergey Ryabkovun açıqlamasından əvvəl bu məsələyə münasibət bildirən Rusiya Xarici İşlər nazirliyinin İnformasiya və Mətbuat departamentinin rəhbəri Mariya Zaxarova Ukraynanın Putinə sui-qəsd cəhdində Böyük Britaniyanın roluna eyham vurub.

“Şübhə yoxdur ki, Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) rəhbəri Kirill Budanovun haqqında danışdığı Putinə sui-qəsd Kiyevin anqlosakson ağalarının iştirakı ilə planlaşdırılıb”, - Mariya Zavarova vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   sui-qəsd   ABŞ  





Xəbər lenti