Moskva Tehranı Təl-Əvivlə müharibə üçün silahlandırır - İsrail mediası

   Moskva Tehranı Təl-Əvivlə müharibə üçün silahlandırır    - İsrail mediası
  06 Avqust 2024    Oxunub:1082
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Rusiya “İskəndər” raket sistemlərini və "Murmansk-BN" radioelektron mübarizə sistemlərini (REB) iranlı müttəfiqlərinə təhvil verib.
Bu fikirlər İsrailin “Kanal 14” saytında dərc olunan məqalədəndir. Yazı "Rusiya İranı İsrailə qarşı müharibəyə hazırlıq məqsədilə silahlandırır" başlığı ilə dərc olunub.

Məlumata görə, silahların ötürülməsi Rusiyadan İrana çoxsaylı uçuşlar həyata keçirən İl-76 hərbi-nəqliyyat təyyarəsi vasitəsilə həyata keçirilib.

WSJ: "İran raket qurğularını hərəkətə gətirir"
“Defense Express” isə yazıb ki, əvvəllər İrana belə silahların daşınması diqqət çəkməyib. Heç onların Tehrana təhvil verilməsi ilə bağlı ictimai müzakirələr də aparılmayıb: "İranlı mütəxəssislər bu silah sistemləri üzrə təlim keçməyiblər və buna görə də onları rusiyalı kadrlar müşayiət edə bilər".

Qeyd olunur ki, "Murmansk-BN" sistemləri düşmənin 5000 km-ə qədər məsafədə peyk naviqasiyasını və rabitəsini sıradan çıxarmaq üçün nəzərdə tutulub. Eyni zamanda, "iskəndər"lər İrana hədəflərə 500 kilometrə qədər məsafədən zərbə endirməyə imkan verəcək. Baxmayaraq ki, zərbələrin İsrailə çatması üçün təxminən 1200 kilometr radiuslu sursat lazımdır: "Bu fakt iranlıların 1500 km qət edə bilən R-500 qanadlı raketləri də ala bilməsi ehtimalını artırır".

Xatırladaq ki, iyul ayının sonunda HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran İsraildən qisas alacağına söz verib. Belə bir vəziyyət Yaxın Şərqdəki münaqişənin şiddətini və miqyasını daha da artırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Rusiya   Raket   İskəndər  





Xəbər lenti