Bakı-Astara magistralında “Tır” yanıb

   Bakı-Astara magistralında “Tır” yanıb
  01 İyul 2024    Oxunub:853
Ələt -Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Xəsarət alan yoxdur.

***
Yanğın tam söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti