Kanalda qadın meyitinin tapılması ilə bağlı araşdırma aparılır

Kanalda qadın meyitinin tapılması ilə bağlı araşdırma aparılır
  27 İyun 2024    Oxunub:950
İyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkarlanması faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilir ki, hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti