Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib
“Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı ətraf mühit, iqlim, biomüxtəliflik və çirklənmə üzrə dünyanın aparıcı orqanıdır. Əlbəttə ki, bir ölkə COP-a ev sahibliyini öz üzərinə götürürsə, onu dəstəkləmək bizim borcumuzdur. Onu da vurğulamaq istərdim ki, Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etmək üçün seçilib. Tezliklə bu böyük məsələni elan edəcəyik.
Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bu ölkənin nə qədər qeyri-adi və gözəl olduğunu bildirmək istəyirəm. Mən həqiqətən iqlim məsələlərində addımlayaraq liderlik edən bir ölkəni görə bilirəm. Beləliklə, bu gün mən Şirvan Milli Parkı ilə yanaşı, fövqəladə işlər görən, nərə balıqlarının buraxılması ilə məşğul olan müəssisəyə baş çəkə bildim. Gənclərlə dialoq aparmaq fürsətim də oldu. Azərbaycan artıq COP29-a ev sahibliyi etməyə hazır olduğunu bildirir. Biz qlobal səviyyədə liderlik etməyə hazırıq. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı olaraq bu gözəl ölkəyə yardım etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə İ.Anderson qeyd edib.
AzVision.az
Teqlər: