Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkərək mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar. Birinci Qarabağ müharibəsi Şəhidlərinin Xiyabanı da ziyarət edilib.
Fəxri qonaqlar Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.
Ağalı kəndində incəsənət xadimlərinin təqdimatında sakinlər və şəhid ailələrinin üzvləri üçün konsert proqramı təşkil olunub. Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva və sevilən müğənni Tural Salmanov vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.
AzVision.az