Çayda batan 2 nəfərin axtarışı davam edir - VİDEO

Çayda batan 2 nəfərin axtarışı davam edir -  VİDEO
  26 İyun 2024    Oxunub:748
Xəbər verildiyi kimi, Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
Bu barədə AzVision.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, hazırda batdığı ehtimal olunan şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən hava şəraitinin əlverişsiz olmasına baxmayaraq fasiləsiz şəkildə həyata keçirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti