Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır

Parlament və Azadlıq prospektlərində hərəkət qismən məhdudlaşdırılır
  24 İyun 2024    Oxunub:799
Sabah saat 08:00-dan Bakının Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər), saat 23:00-dan isə Azadlıq Prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinə qədər) hərəkət qismən məhdudlaşdırılacaq.
AzVision.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb təmir işləridir. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti