Kəndlilər İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar - VİDEO

Kəndlilər İrəvan-Vanadzor avtomobil yolunu bağlayıblar    - VİDEO
  24 İyun 2024    Oxunub:705
Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, Araqatsot və Vardenut kəndinin sakinləri yenidən İrəvan-Vanadzor yolunu bağlayıblar.

Yerli medianın yaydığı məlumata görə, etiraz aksiyası kəndlərin 110 hektar ərazisinin xüsusi zonaya çevrilməsi ilə bağlıdır.

"Hökumətin Vardenut və Araqatsot kəndlərinin ərazisinin bir hissəsinin xüsusi zona kimi tanınması barədə qərarı 2023-cü ilin sentyabrında qəbul edilib. Ərazi xizək kompleksi, ekokənd və su anbarı yaradılması üçün "RİD" şirkətinə veriləcək", - Sputnik Armeniya yazıb.

Xatırladaq ki, yerli sakinlər bundan öncə də aksiya keçirmişdilər. Onlar sonuncu dəfə bu ilin martında yolu bağlayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti