İsrail "Hizbullah" obyektlərini bombalayıb

   İsrail "Hizbullah" obyektlərini bombalayıb
  24 İyun 2024    Oxunub:807
İsrail Hərbi Hava Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının hərbi obyektlərinə zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti "X"də məlumat yayıb.

Bildirilir ki, zərbə təşkilatın Eytərun, Kəfr Kila və Xiyam kəndlərindəki qərargahlarına tuşlanıb.

Dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.
İsrail Livana qarşı böyük əməliyyata başlayıb - FOTO/VİDEO - YENİLƏNİB

Xatırladaq ki, İsrail son günlərdə "Hizbullah"a qarşı böyük əməliyyata başlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   əməliyyat  





Xəbər lenti