Britaniyanın dövlət borcu ən yüksək həddə çatıb

Britaniyanın dövlət borcu ən yüksək həddə çatıb
  21 İyun 2024    Oxunub:1590
Seçkilər ərəfəsində Böyük Britaniyanın dövlət borcu 1961-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb
AzVision.az xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin yaydığı məlumatda deyilir. Bildirilib ki, dövlət nəzarətində olan banklar istisna olmaqla, xalis borc may ayında 2,742 trilyon funt sterlinqə (3,47 trilyon dollar) çatıb. Borc ümumi daxili məhsulun 99,8 faizinə çatıb ki, bu da bir il əvvəlki 96,1 faizdən yuxarıdır.

Bildirilib ki, Böyük Britaniyada dövlət borcu COVID-19 pandemiyası zamanı kəskin artıb. Həmin vaxt dövlət maliyyəsi yavaş iqtisadi artım və İngiltərə Bankının faiz dərəcələrinin 16 il ərzində ən yüksək səviyyəyə yüksəlməsi ilə də zərbə altına düşüb.

Eyni dövrdə digər Qərb ölkələrində də borcun kəskin artımı müşahidə olunub. Böyük Britaniyanın borc səviyyəsi ABŞ, Fransa və İtaliyadakı rəqəmlərdən aşağıdır.

AzVision.az





Teqlər:





Xəbər lenti