Cəbrayılda minaya düşənlərin son vəziyyəti

  Cəbrayılda minaya düşənlərin  son vəziyyəti
  21 İyun 2024    Oxunub:1142
Xəbər verdiyimiz kimi , işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində ANAMA-nın bir əməkdaşı ölüb, digərləri isə xəsarət alıblar.
AzVision.az yaralananların son durumunu öyrənmək üçün TƏBİB-ə sorğu göndərib. Bildirilib ki, xəsarət alanların vəziyyəti normaldır:

"21.06.2024-cü il tarixində Cəbrayıl rayonunda mina partlaması səbəbilə rayon mərkəzi xəstəxanasına yerləşdirilən və müxtəlif növ bədən xəsarətləri alan şəxslərin vəziyyətləri qənaətbəxşdir".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti