Tarixi binalarda təmir işləri ilə əlaqədar komissiya yaradılıb
Paytaxt ərazisində təmizlik məsələlərinin daha da yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəhbərliyinə tövsiyə edilib ki, rayon MKTB-nin rəhbərləri ilə birgə bu məsələlər müzakirə edilsin, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülsün. Həmçinin şənbə günü təmizliklə bağlı ümumşəhər daxili iməcliyinin keçirilməsi tapşırılıb.
Qərara alınıb ki, paytaxtın rayonlarında tarixi binalarının fasadlarında aparılan cari təmir işlərinin vəziyyətinin araşdırılması və nəzarətdə saxlanılması məqsədilə xüsusi Komissiya yaradılsın və onun üzvləri aidiyyəti qurumların nümayəndələri ilə birgə təmir işlərinin monitorinqini həyata keçirsinlər.
AzVision.az
Teqlər: