Venesuela BRİKS-ə qoşula bilər

   Venesuela BRİKS-ə qoşula bilər
  21 İyun 2024    Oxunub:955
"Ölkəmiz öz yanacaq və mineral ehtiyatlarını potensial tərəfdaşları üçün irəli sürməyə hazırdır".
AzVision.az xəbər verir ki, bu sözləri Venesuelanın vitse-prezidenti Delsi Rodriqes paytaxt Karakasda baş tutan beynəlxalq iqtisadi seminarda dilə gətirib.

"Dünyanın dəyişən dinamikası çərçivəsində Venesuela öz resursları ilə BRİKS dövlətlər qrupuna qoşulmağın astanasındadır. Dünyanın ən böyük yanacaq yataqlarına malik ölkə kimi gündəlik üç milyon barel neft hasilatı ilə ehtiyatlarımız növbəti üçəsrlik dövrün tələbatatını da qarşılayar", - xanım Rodriqes vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Venesuela   BRİKS   neft   qaz  





Xəbər lenti