Həcc ziyarətində ölənlərin sayı mini keçdi
AzVision.az xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb. Qeyd edilir ki, ölənlərin yarıdan çoxu qeydiyyata alınmayan zəvvarlardır. Rusiya Həcc missiyasının rəhbəri Hizbulla Asuyevin RİA Novosti-yə verdiyi məlumata görə, ölənlərin 5-i Rusiya vətəndaşıdır. Qeyd edilir ki, onlar Məkkədə dəfn olunacaqlar.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanı rəsmiləri ölənlərin sayı ilə bağlı yayılan məlumatları hələlik təsdiqləməyib. Krallığın səhiyyə nazirliyi Həcc ziyarətinin əsas günü sayılan bazar günü bəyan etmişdi ki, hökumətin tövsiyələrinə əməl etməyən 2764 zəvvar istilik vurması ilə bağlı həkimə müraciət edib.
Qeyd edək ki, Həcc İslamın beş sütunundan biri sayılır. Hər bir müsəlmanın həyatında bir dəfə ziyarət etməli olduğu yer Məkkə və Mədinədir ki, burada da müəyyən qaydalarla həcc ziyarəti reallaşdırlır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Həcc