Qeyd edilir ki, insidentə görə, penitensiar xidmətin əməliyyat şöbəsinin rəisi Edik Andryan vəzifədən qovulub. Məlumata görə, türmədə zabitlər arasında məhbus məsələlərinə dair mübahisə yaranıb. Mübahisəni davaya çevirən işçilər barədə ətraflı məlumat verilmir.
Maraqlıdır ki, Penitensiar xidmətin mətbuat xidməti Edik Andryanın iyunun 18-də “xidməti yaş dövrünün bitməsi ilə əlaqədar təqaüdə çıxması” səbəbindən vəzifədən getdiyini bəyan edib. Jurnalistlər Armavirdəki münaqişə barədə soruşduqda isə mətbuat xidməti növbəti dəfə rəisin yaşa görə işdən çıxarıldığını açıqlayıb.
"Yeri gəlmişkən, onun 45 yaşı var. Bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib. Qəribədir ki, o, cəmi 4 aydan sonra təqaüdə göndərilir. Nikol Paşinyanın həbsxanalarda islahatlar aparıldığına dair açıqlamalarına baxmayaraq, digər sahələrdə olduğu kimi burada da eyni qanunsuzluqlar hökm sürür”, - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az