Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı ölkəmizə gəlir

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı ölkəmizə gəlir
  19 İyun 2024    Oxunub:1231
Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hekstra COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün sabah Bakıya gələcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən AzVision.az -a verilən məlumata görə, komissar Hekstra COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək.

O həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

AzVision.az


Teqlər:   səfər   COP29  





Xəbər lenti