Malmödə soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Malmödə soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib
  18 İyun 2024    Oxunub:1001
Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Malmö şəhərində İsveçin Skone regionunda yaşayan soydaşlarımız üçün səyyar konsulluq qəbulu həyata keçirilib.
Səfirliyimizin konsul məsələləri üzrə məsul şəxsi Nail Qocayev müraciət edən diaspor üzvlərinə ehtiyacları olan sənədlərin verilməsini təmin edib.

Bundan baqşa vətəndaşların mövcud problemləri ilə maraqlanılıb və onların konsulluq məsələləri ilə bağlı çoxsaylı suallarına cavab verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti