Altı fermadan oğurluq edən dəstə saxlanılıb

Altı fermadan oğurluq edən dəstə saxlanılıb
  18 İyun 2024    Oxunub:918
Hacıqabulda fermalardan oğurluq edən dəstə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlayan Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti