Paşinyan daşqın günü arvadının əyləncəsindən danışdı

   Paşinyan daşqın günü arvadının əyləncəsindən danışdı
  29 May 2024    Oxunub:1110
Ermənistanın baş naziri Nikol Paşinyan Lori və Tavuşda daşqın günü həyat yoldaşı Anna Akopyanın əyləncə gecəsinə qatılmasına aydınlıq gətirib. O bildirib ki, bu şənlik ölən əsgərlərin analarına mənəvi dəstək olmaq üçün təşkil olunub.
“Heç kim ziyafət təşkil etməyib, bildiyimə görə, bu tədbir şəhid olan əsgər anaları üçün 5-6 ay əvvəldən nəzərdə tutulub. Məqsəd onlara dəstək olmaq, itkilərinin öhdəsindən gəlməyə kömək etmək idi”, - Paşinyan bildirib.

Qeyd edək ki, mayın 26-da yağan güclü yağışlar nəticəsində Debed və Ağstev çayları məcrasından çıxıb, daşqınlara səbəb olub. Dörd nəfər həlak olub, bir neçə yüz nəfər təxliyə edilib, yollara və infrastruktura ciddi ziyan dəyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti