"Müqavilə istənilən vaxt imzalana bilər" - Paşinyan sülhdən danışdı

   "Müqavilə istənilən vaxt imzalana bilər" -    Paşinyan sülhdən danışdı
  29 May 2024    Oxunub:1331
Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 iqlim konfransında İrəvanla sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı Azərbaycanın bəyanatlarına münasibət bildirib.
Jurnalistlərlə söhbətində Paşinyan bildirib ki, sülh müqaviləsi istənilən gün imzalana bilər və bu, əla fürsətdir.

Paşinyan hesab edir ki, tərəflər əvvəllər Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər, lakin indi bu prinsipləri sənədlərlə qəbul etmək lazımdır.

"İşin başa çatdığını və imzalamaya davam edə biləcəyimizi görəndə, yeri, vaxtı və s. məsələləri müzakirə edəcəyik", - Baş nazir deyib. O bildirib ki, danışıqlar prosesində əhəmiyyətli dəyişiklik var, lakin bu, tərəflərin finiş xəttinə çatması demək deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti